Qalmaqallı Natavandan iddialı layihə - VİDEO

Qalmaqallı Natavandan iddialı layihə - VİDEO

Hazırda oxunan: Qalmaqallı Natavandan iddialı layihə - VİDEO

73079

Son günlər başı qalmaqallardan və söz-söhbətlərdən açılmayan müğənni Natavan Həbibi paylaşımı ilə gündəmə gəlib.  

Bizim.Media xəbər verir ki, sənətçi yeni layihəsi üçün fərqli tərzdə obyektiv qarşısına keçib.

Həbibi meşəlik ərazidə ağac önündə tünd yaşıl, öndən dərin yırtmaclı, bel hissəsi isə dekolteli libasda iddialı və cazibədar pozlar verib.  

Həmin görüntüləri isə Natavan sosial şəbəkə hesabında paylaşıb. Sənətçi çalışdığı “25 film group” şirkəti ilə tezliklə ərsəyə gətirəcəkləri yeni klipini təqdim edəcəyini bildirib.  

Qeyd edək ki, Natavan Həbibi artıq bir ilə yaxındır ki, heç bir televiziya verilişlərinə qatılmır. Bu ilin əvvəli isə müğənni proqramlara qatılmaq üçün televiziya rəhbərlərindən 10.000 manat qonorar tələb etməsi ilə gündəmə səs salıb.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO