Azərbaycanda ölüm sayı açıqlandı

Azərbaycanda ölüm sayı açıqlandı

Hazırda oxunan: Azərbaycanda ölüm sayı açıqlandı

73035

İl ərzində ölkədə 56-60 min ölüm halı baş verir. Ötən il 75 min ölüm faktı qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib. 

O bildirib ki, ölüm hallarının artması pandemiya və infeksiyanın digər xəstəlikləri ağırlaşdırması səbəbindəndir:

"Hazırda ölkədə 52 faiz və daha çox ölüm halı ürək-damar xəstəlikləri, 16 faizi onkoloji, 3-4 faizi şəkərli diabet və ağciyər xəstəlikləri səbəbindən baş verir. Ürək damar xəstəliklərinin yaranmasına səbəb olan bir sıra risk faktorları var.
Əsasən tütün məhsullarından istifadə həmin xəstəliyə tutulma və ölüm riskini artırır. Bundan başqa, passiv həyat tərzi də bu xəstəliyin yaranmasının başlıca səbəblərindəndir. Hesablamalara görə 8 saatdan çox oturmaq gün ərzində 1 qutu siqaret çəkilməsinə bərabərdir. Pandemiya şəraiti də bu xəstəliyə tutulma riskini artırıb". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO