Sağlamlıq imkanları məhdud olanlar sağlam şəxslərlə birgə təhsil alacaq

Sağlamlıq imkanları məhdud olanlar sağlam şəxslərlə birgə təhsil alacaq

Hazırda oxunan: Sağlamlıq imkanları məhdud olanlar sağlam şəxslərlə birgə təhsil alacaq

72940

Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil ala biləcək.

Bizim.Media-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaqları üçün xüsusi şərait yaradılacaq.

Dəyişikliklər səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO