AzTV-nin məşhur aparıcısına vəzifə verildi

AzTV-nin məşhur aparıcısına vəzifə verildi

Hazırda oxunan: AzTV-nin məşhur aparıcısına vəzifə verildi

72890

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinə məşhur aparıcı Alidə Mustafayeva təyin olunub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, artıq vəzifəsinin icrasına başlayıb.  

Məsələ ilə bağlı redaksiyamızın əməkdaşı Alidə Mustafayeva ilə əlaqə saxlayıb:

"Bu məsələ ilə bağlı söhbətlər var. Əmrimin gəlməsini gözləyirəm. Belə bir söhbət var və mən təkzib etmirəm. AzTV-dəki işimlə bağlı hələ dəqiq bir məlumat yoxdur. Bu səbəbdən indi sizə dəqiq bir məlumat verə bilməyəcəyəm”. 

Qeyd edək ki, Alidə Mustafayeva illər əvvəl ATV-də, İTV-də və AzTV-də xəbərlər proqramını aparıcısı vəzifəsində çalışıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO