Nazirlikdən lotereya oyunları təşkil edənlərə XƏBƏRDARLIQ 

Nazirlikdən lotereya oyunları təşkil edənlərə XƏBƏRDARLIQ 

Hazırda oxunan: Nazirlikdən lotereya oyunları təşkil edənlərə XƏBƏRDARLIQ 

72869

“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlara əsasən, lotereya və idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirir. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. 

Qurum bəyan edib ki, “Lotereyalar haqqında” qanunun tələblərinə görə, Azərbaycanda lotereyaları (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız nazirliyə məxsus “Azərlotereya” ASC təşkil edir.
Stimullaşdırıcı lotereya malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə keçirilən lotereya formasıdır və iştirak etmək üçün lotereya obyektinin qiymətindən əlavə haqqın alınmasına yol verilmir.

Stimullaşdırıcı lotereyanı keçirmək hüququ əldə etmək üçün müvafiq sənədlər lotereyanın keçirilməsinə azı 20 iş günü qalmış nazirliyə təqdim olunmalıdır. 

İdman mərc oyunlarını isə “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq, “Azərlotereya” və “Caspiantech” QSC (“TOPAZ” ticarət nişanı ilə) həyata keçirir. 

Qanunvericiliyə görə, keçirilməsi qadağan olunmuş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, eləcə də dayandırılmış, ləğv edilmiş və yaxud keçirilməsi qadağan olunmuş idman mərc oyunlarının reklamına yol verilmir. 

Lotereya və idman mərc oyunlarının reklamına dair tələblər “Reklam haqqında” qanunla tənzimlənir. 

Cinayət Məcəlləsinə əsasən, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) “qumar oyunu” hesab edilir.
Azərbaycan ərazisindən qumar oyunlarında iştirak üçün imkan yaradılması, qumar oyunlarının təşkili, keçirilməsi ilə bağlı pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların verilməsi, biletlərin satışı, iştirakla bağlı müvafiq əməliyyatları aparan şəxslərə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulur. 

Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərini pozan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO