“Liverpul”un ÇL finalında rəqibi

“Liverpul”un ÇL finalında rəqibi "Real Madrid" oldu – FOTO/VİDEO

Hazırda oxunan: “Liverpul”un ÇL finalında rəqibi "Real Madrid" oldu – FOTO/VİDEO

72809

Futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün ikinci yarımfinal görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, mərhələnin ikinci oyun günündə İspaniyanın “Real Madrid” klubu öz meydanında İngiltərənin “Mançester Siti” komandasını qəbul edib.

“Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə meydan sahibləri üstün olub - 3:1.

Hesabı 73-cü dəqiqədə qonaqlardan Riad Mahrez açıb. Meydan sahibləri 90-cı və 91-ci dəqiqələrdə Rodriqonun vurduğu qollarla ümumi hesabı bərabərləşdirib. Bu səbəbdən görüşdə əlavə vaxt oynanılıb. Görüşün 95-ci dəqiqəsində Kərim Benzema penaltidən fərqlənməklə, 3-cü topu rəqibin qapısından keçirib və yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda İngiltərə komandası 4:3 hesabı ilə qələbə qazanıb. Bu cütün qalibi finalda ötən gün İspaniyanın “Vilyareal” komandasını məğlub edən (3:2, 2:0) İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.

 

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO