Polis işğaldan azad edilmiş ərazidə 4 nəfəri yaxaladı - FOTO

Polis işğaldan azad edilmiş ərazidə 4 nəfəri yaxaladı - FOTO

Hazırda oxunan: Polis işğaldan azad edilmiş ərazidə 4 nəfəri yaxaladı - FOTO

72573

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri tədbirlər nəticəsində Təzəkənd kəndi ərazisində nəzarət postunda Misir Alıyev, Şahmar Allahverdiyev, Pərviz Məmmədov və Ravel Süleymanovun idarələrində olan “Shacman” markalı yük avtomobili saxlanılıb. 

Avtomobilin yük yerinə baxış keçirilən zaman işğaldan azad edilmiş ərazilərdən qanunsuz olaraq topladıqları metal tullantılar aşkar edilib.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO