Avropa İttifaqı Azərbaycandan qaz idxalını artıracaq – Yeni TƏRƏFDAŞLAR da tapıldı

Avropa İttifaqı Azərbaycandan qaz idxalını artıracaq – Yeni TƏRƏFDAŞLAR da tapıldı

Hazırda oxunan: Avropa İttifaqı Azərbaycandan qaz idxalını artıracaq – Yeni TƏRƏFDAŞLAR da tapıldı

72554

Avropa İttifaqı Rusiya Federasiyasından qaz idxalını əvəz etmək üçün Afrika ölkələri ilə əməkdaşlığı intensivləşdirməyə çalışacaq.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” Aİ sənədinin layihə variantına istinadən məlumat yayıb.

"Afrikadakı ölkələr, xüsusən də qitənin qərb hissəsindəki Nigeriya, Seneqal və Anqola mayeləşdirilmiş təbii qaz sahəsində istifadə olunmamış potensial təklif edir", - agentliyin açıqlamasında deyilir.

Aİ həmçinin bu yaya qədər Avropaya mayeləşdirilmiş təbii qaz tədarükünü artırmaq üçün Misir və İsraillə anlaşma memorandumu imzalamağı planlaşdırır.
Bundan əlavə, Aİ Azərbaycandan qazın daxil olduğu Cənub Qaz Dəhlizinin gücünün iki dəfə artırılmasını və ildə 20 milyard kubmetrə çatdırılmasını planlaşdırır.

Agentlik qeyd edir ki, Avropa Komissiyası bu ay enerji sektorunda xarici əməkdaşlığa dair sənəd qəbul etməyə hazırlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO