Viktoriya Bekhemi belə TƏBRİK ETDİ - Ad günündən FOTOLAR 

Viktoriya Bekhemi belə TƏBRİK ETDİ - Ad günündən FOTOLAR 

Hazırda oxunan: Viktoriya Bekhemi belə TƏBRİK ETDİ - Ad günündən FOTOLAR 

72498

Ötən gün dünyaca məşhur keçmiş ulduz futbolçu, hazırda isə iş adamı Devid Bekhem doğum gününü qeyd edib.  

Bizim.Media xəbər verir ki, Viktoriya Bekhem sosial şəbəkə hesabında həyat yoldaşı Devidi təbrik edib.  

Paylaşılan şəkillərdə cütlüyün 10 yaşlı qızı Herper və oğulları 19 yaşlı Romeo, 17 yaşlı Kruz və aprelin əvvəlində ailə quran 22 yaşlı Bruklin əks olunub. 

"Mən səni çox sevirəm, Devid. Sən yalnız xəyal edə biləcəyin inanılmaz ərsən və mən sadəcə şanslıyam. Sən mənim hər şeyimsən, səni sevirəm və doğum gününü təbrik edirəm" - deyə, Viktoriya birgə fotoya yazıb. 

Viktoriyanın fotoreportajına əsasən, günortadan sonra Bekhem cütlüyü yaxta gəzintisinə çıxıb və daha sonra köpək balıqları ilə əyləniblər. Bütün ailə gün batımını dəniz sahilində qarşılayıb.  
Qeyd edək ki, Devid Bekhem və Viktoriya Adams 4 iyul 1999-cu ildən evlidir. Toy mərasimi İrlandiyanın "Luttrellstone" qəsrində baş tutub. Cütlüyün dörd övladı var: 3 oğlu - Bruklin Cozef Bekhem (03/04/1999), Romeo Ceyms Bekhem (09/01/2002), Kruz Devid Bekhem (20/02/2005) - və qızı Herper Seven Bekhem (07/07) 10/2011).  Cütlük ötən il evliliklərinin 22-ci ildönümünü qeyd etmişdi. 

Rəşad Əliyev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO