FHN-in statistikası: Ötən gün yanğın zamanı 5 nəfər təxliyə edilib

FHN-in statistikası: Ötən gün yanğın zamanı 5 nəfər təxliyə edilib

Hazırda oxunan: FHN-in statistikası: Ötən gün yanğın zamanı 5 nəfər təxliyə edilib

72301

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 halda yanğına çıxış, 1 nəqliyyat qəzası və 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb və insanların həyatı xilas edilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla altı nəfər, o cümlədən Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər xilas olunub, yanğın zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Həmçinin aprelin 15-də Yuxarı Qarabağ su kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun meyiti batdığı yerdən təqribən 1 kilometr aralıda kanalda aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO