Qazaxıstanın “Dünya həftə ərzində” verilişində Qarabağda gedən döyüşlərin birtərəfli və qərəzli işıqlandırılması, ölkənin tamaşaçıları arasında ciddi narazılıqla qarşılanıb.
Jurnalist Jenis Kenjesulu Kuspa “Xabar24” telekanalının aparıcısı Alyona Qorbaçovanı Dağlıq Qarabağ mövzusunda Azərbaycana qarşı hazırladığı qərəzli materiallara görə ittiham edib.
Məsələnin Qazaxıstan Respublikasının Prokurorluğu, Xarici İşlər Nazirliyi və İnformasiya Nazirliyi tərəfindən də nəzarətə götürülməsinin vacibliyini diqqətə çatdırıb. Jurnalistin təkidindən, cəmiyyətdə yaranan haqlı narazlıqdan sonra “Xabar 24 “ telekanalının rəhbərliyi Dağlıq Qarabağ ətrafında baş verən hadisələrin qeyri-obyektiv işıqlandırılmasını etiraf edib və bu barədə daxili araşdırma aparılması ilə bağlı göstəriş verilib. Hazırda Alyona Qorbaçovanın fəaliyyəti nəzarətə götürülüb.