Ceyhun Bayramov ÜTT-nin Baş katibi ilə görüşdü - FOTO

Ceyhun Bayramov ÜTT-nin Baş katibi ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov ÜTT-nin Baş katibi ilə görüşdü - FOTO

72217

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb.

Bizim.Media xəbər verir ki, xarici işlər naziri Zurab Pololikaşvilini növbəti dəfə ÜTT Baş katibi seçilməsi münasibətilə təbrik edib.

Baş katibin rəhbərliyi altında təşkilatın fəaliyyəti, xüsusilə də əməkdaşlıq məsələlərində yeni, innovativ yanaşmaların artdığı təqdir edilib.

Azərbaycanın turizm sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edən nazir Ceyhun Bayramov, son illər ərzində ölkəmizdə bu sahə üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü qeyd edib.

Azərbaycanın ölkə səviyyəsi ilə yanaşı, həm də regional səviyyədə turizm imkanlarının artırılmasında maraqlı olduğu Baş katibin diqqətinə çatdırılıb. Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə turizm sahəsində imkanlar barədə məlumat verib.

ÜTT Baş katibi Zurab Pololikaşvili namizədliyinə verilən dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib. O, Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildirib.

Bu xüsusda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahələrində proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO