Bu nazirliyin büdcəsi 14 faizdən çox artıb

Bu nazirliyin büdcəsi 14 faizdən çox artıb

Hazırda oxunan: Bu nazirliyin büdcəsi 14 faizdən çox artıb

72096

Ötən ildə Energetika Nazirliyinin gəlirləri 9,473 milyon manat təşkil edib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, bu, 2020-ci illə müqayisədə 14% çoxdur.

Energetika Nazirliyinin ötənilki gəlirlərinin demək olar ki, hamısı - 9,472 milyon manat qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 17% çoxdur.
Hesabat dövründə nazirlik birja əməliyyatlarından isə cəmi 2 min manat (45,9%) gəlir əldə edib.

2021-ci ildə Energetika Nazirliyinin xərcləri isə 17,5% artaraq 9,786 milyon manat, o cümlədən əmək haqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 12,2 % artaraq 4,777 milyon manat, sərf etdiyi materialların dəyəri ilk dəfə 117 min manat, amortizasiya xərcləri 10,9 % azalaraq 278 min manat, sair əməliyyat xərcləri isə 25,5% artaraq 4,614 milyon manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO