Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola düşür.
QMİ-dən Bizim.Media-ya verilən məlumata görə, səfərdə məqsəd Avropa Şurasının 2 may tarixində «Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq» mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak etməkdir.
Dinlərarası dialoqun təşviqi yönündə Avropa Şurasının bu konfransı Avropa cəmiyyətlərində ənənəvi dinlərin liderləri arasında dialoqu inkişaf etdirərək onun fundamental prinsiplərini qəbul etmək məramı daşıyır.
Qeyd edək ki, bu təşəbbüs G20 çərçivəsində Dinlərarası Forumun və Dinlərarası dialoq üzrə Strasburq prinsiplərinə ehtiram ruhunda gündəmə gəlmişdir.
Müxtəlif dinlərin tanınmış xadimlərinin qatıldığı konfransda məruzə ilə çıxış edəcək QMİ sədri Şeyxülislam A. Paşazadə İslam dünyasının yeganə təmsilçisi qismində tədbirə dəvət alıb.
Çıxışında Şeyxülislam A.Paşazadə müasir dövrümüzdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışlarının ictimai təhlükəsi barədə fikirlərini bölüşəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:25 / 29.04.2022
Şeyx bayram namazını Fransada qılacaq
Hazırda oxunan: Şeyx bayram namazını Fransada qılacaq
Hazırda oxunan: Şeyx bayram namazını Fransada qılacaq
72044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.