Bu ölkənin rejissoru Şuşa şəhəri haqqında sənədli film çəkəcək

Bu ölkənin rejissoru Şuşa şəhəri haqqında sənədli film çəkəcək

Hazırda oxunan: Bu ölkənin rejissoru Şuşa şəhəri haqqında sənədli film çəkəcək

71888

İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhəri və onun mədəni-tarixi irsi haqqında sənədli film çəkəcək.

Bizim.Media xəbər verir ki, Mikael Silkberq hazırlıq işləri görmək üçün 3 gün Şuşada qalıb.

Onun sözlərinə görə, bu, Avropa dünyasına şəhərin mədəniyyəti və xüsusiyyətlərini izah etmək cəhdidir.

Silkberq filmdə qəzəllərdən, muğamlardan istifadə etmək və digər musiqi janrları, o cümlədən cazla oxşarlıqları tapmaq istədiyini bildirib.

“Avropanın caz musiqisilə muğam arasında çox oxşar məqamlar, məsələn improvizasiyalar var. Mən də yerli mədəniyyəti sıfırdan öyrənmək və onu Avropa tamaşaçısına çatdırmaq istədim”, - o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO