Məmurun motosikletçini döyməsinə Bəhram Bağırzadədən PARODİYA – VİDEO 

Məmurun motosikletçini döyməsinə Bəhram Bağırzadədən PARODİYA – VİDEO 

Hazırda oxunan: Məmurun motosikletçini döyməsinə Bəhram Bağırzadədən PARODİYA – VİDEO 

71868

Bir neçə gün əvvəl Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurması və təhqir etməsinə Əməkdar artist Bəhram Bağırzadə məsxərəli paylaşımla reaksiya verib.  

Bizim.Media xəbər verir ki, o, qalmaqallı hadisəyə ironiya yönümlü video çəkərək sosial şəbəkə hesabında izləyicilərlə bölüşüb.   

Motosikletdə əyləşib, başına qoruyucu kaska taxan Əməkdar artist kənardan bir şəxsin "Korsan, bir bax da, az qala maşını vurmuşdun" deməsinə,"Nə qışqırırsan? Qoymursunuz işləməyə" cavabını verib.    
Qeyd edək ki, B. Bağırzadə daha əvvəl Daxili İşlər Nazirliyi (DİN) tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı da ironik paylaşım edib.

Tanınmış aktyor sosial şəbəkə hesabında paylaşdığı videoda dostları ilə yeyib-içməyə gedəcəyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini deyərək məsələyə yumoristik şəkildə münasibət bildirmişdi.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO