Simonyanın əri Qazaxıstanda arzuolunmaz şəxslər siyahısına salınacaq – RƏSMİ

Simonyanın əri Qazaxıstanda arzuolunmaz şəxslər siyahısına salınacaq – RƏSMİ

Hazırda oxunan: Simonyanın əri Qazaxıstanda arzuolunmaz şəxslər siyahısına salınacaq – RƏSMİ

71745

Xəbər verdiyimiz kimi, tanınmış rusiyalı təbliğatçı Tiqran Keosayan (erməni jurnalist, RT-nin və “Sputnik”in Baş redaktoru Marqarita Simonyanın əri) Qazaxıstanla bağlı qeyri-müəyyən açıqlamalar verərək bu ölkəni hədələyib və  "Ukraynaya diqqətlə baxın, ciddi düşünün" ifadəsini işlədib.

Bizim.Media xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Aybek Smadiyarov Keosayanın açıqlamalarından sonra onun ölkəyə girişinə qadağa qoyulacağını deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Marqarita Simonyanın əri Qazaxıstanı hədələdi: "Ukraynaya diqqətlə baxın, ciddi düşünün" - VİDEO


"Rus jurnalisti Tiqran Keosayanın təhqiramiz və mahiyyətcə qərəzli çıxışı diqqəti çəkir. Ola bilsin ki, onun bəyanatı Rusiya ictimaiyyətinin və siyasi qurumunun müəyyən hissəsinin fikirlərini əks etdirir, lakin ölkələrimiz arasında əməkdaşlığın ruhuna və məzmununa, dövlət başçıları səviyyəsində mövcud sazişlərə uyğun gəlmir.

Oxşar çıxışlar mehriban qonşuluq münasibətləri mühitini zəhərləyir və strateji tərəfdaşlıq əleyhdarlarının xeyrinədir.

İnanıram ki, o, Qazaxıstanda arzuolunmaz şəxslər siyahısına salınacaq”, - məlumatda deyilir.
Xatırladaq ki, Tiqran Keosayan rusiyalı jurnalist Marqarita Simonyanın nikahdankənar əridir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO