Ofeliya Sənani gənc aparıcıları tənqid etdi: “Gözəl və cəlbedicidirlər, amma...” – VİDEO 

Ofeliya Sənani gənc aparıcıları tənqid etdi: “Gözəl və cəlbedicidirlər, amma...” – VİDEO 

Hazırda oxunan: Ofeliya Sənani gənc aparıcıları tənqid etdi: “Gözəl və cəlbedicidirlər, amma...” – VİDEO 

71737

“İndiki qadın aparıcılar gözəllikdə, cəlbedicilikdə pis deyillər, yaxşıdırlar. Amma arzu edərdim ki, ürək olsun. Onlarda ürək yoxdur!”  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ofeliya Sənani qonaq olduğu “Birincisən” verilişində deyib.  

AzTV-nin keçmiş diktoru yeni nəsil aparıcıları bəyənsə də, eyni zamanda tənqid də edib.  

“Adi danışırlar. Elə yer var ki, orada ürək qoymaq lazımdır. Təsir etməlisən tamaşaçıya”.  

O.Sənani gözəlləşmək naminə məşhurların etdirdiyi əməliyyatlarına da toxunub.  

“Estetik və plastik əməliyyat keçirməmişəm. Efirə də çıxanda təkcə kirşandan istifadə etmişəm. Üzümə qrim belə etmirdim. Heç zaman da əməliyyat etdirmərəm. Xoşum gəlmir, o dəqiqə də bilinir ki, əməliyyat etdirən insanın burnu kəsilib, nazikləşib”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO