Azərbaycanda peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsilalanlara da təqaüd verilməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Peşə təhsili haqqında” Qanunda dəyişiklik təklif edilir. Dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Dəyişiklik barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub.
“Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsilalanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub”, - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:39 / 26.04.2022
Ödənişli əsaslarla təhsilalanlara da təqaüd veriləcək
Hazırda oxunan: Ödənişli əsaslarla təhsilalanlara da təqaüd veriləcək
Hazırda oxunan: Ödənişli əsaslarla təhsilalanlara da təqaüd veriləcək
71536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.