Kseniya Sobçak Dubayda yaşayacaq - Özünə bahalı ev aldı  

Kseniya Sobçak Dubayda yaşayacaq - Özünə bahalı ev aldı  

Hazırda oxunan: Kseniya Sobçak Dubayda yaşayacaq - Özünə bahalı ev aldı  

71458

Rusiyanın qalmaqallı jurnalisti Kseniya Sobçak Dubayda 60 milyon rubl (təxmini 1 milyon 350 min manat) dəyərində mənzil alıb.   

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, indi dirhəmin rubla nisbətdə məzənnəsi bir qədər artıb, Kseniyanın mənzilləri 3,2 milyon dirhəmə qədər bahalaşıb, bir neçə həftə əvvəl isə 2,9 milyona başa gəlib.

Sahəsi 120 kvadratmetr olan mənzil “Regis ResidenceS” yaşayış kompleksində yerləşir və pəncərələrdən “Burj Khalifa” göydələnlərini seyr etmək olur.

Yaşayış kompleksində hovuzlar, restoranlar, spa, fitnes mərkəzləri və uşaqlar üçün yer var. Bundan əlavə, “Dubay Mall” alış-veriş mərkəzi də kompleksin yaxınlıqda yerləşir.  
Müqavilə bir ay əvvəl bağlanıb, Sobçakın özü hələlik alış xəbərini şərh etməyib. Mənzil almaq isə bu ölkənin vətəndaşlığını əldə etmək üçün ilk addım ola bilər. BƏƏ-də vətəndaşlıq almaq çox çətindir, lakin daşınmaz əmlakın əldə edilməsi rezidentlik üçün əsas ola bilər.  Kseniyanın Rusiyadan mühacirət etməyi planlaşdırdığı ilə bağlı şayiələr fevralın sonunda ortaya çıxıb. Media teleaparıcının İsrailə getməsi ilə bağlı məlumatlar əldə edib.

O, oğlu ilə Tel-Əviv hava limanında görüntülənmişdi. Bundan əlavə, bir neçə il əvvəl Kseniya müsahibəsində İsrail vətəndaşlığını almaq istədiyini etiraf etmişdi. Daha əvvəl isə məlum olub ki, teleaparıcı Moskvanın mərkəzində “Xamovniki” elit yaşayış kompleksində yerləşən mənzilini satıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO