Avstraliyanın Baş naziri Scott Morrisonun cümə axşamı dövlət himninin sözlərinin dəyişdiriləcəyini elan edib. Artıq 1 yanvar tarixindən etibarən ölkədə milli marşları və dövlət himni fərqli versiyada oxunacaq.
Yeni himndə Avstraliyanı "gənc və azad" adlandıran ifadələrə yer verilməyəcək. Baş nazirin fikrincə, bu ifadələr ölkənin uzun yerli tarixini əks etdirmək baxımından çox da uğurlu deyil.
MÖVZU İLƏ BAĞLI:
Avstraliya XİN: «Qarabağı müstəqil dövlət kimi tanımırıq»
Açıqlama Avstraliyalılar tərəfindən təəccüblə qarşılansa da, hökumət tərəfindən məmnuniyyətlə qarşılandı. Baş nazir Morrison, dəyişikliyin avstraliyalılar arasında "birlik ruhu" yaradacağına ümid etdiyini söyləyib.
XVIII əsrdə əksəriyyəti ağ ingilislərdən ibarət olan köçkünləri tərəfindən müstəmləkəyə çevrilmədən əvvəl Avstraliyada on minlərlə yerli əhali yaşayırdı.
“Advance Australia Fair” adlanan himndən çıxarılan sətirdə "Bizim üçün gənc və sərbəst" ifadələri yer alırdı. Artıq bu ifadələr əvəzinə insanlar yeni himndə "Çünki biz birik və azadıq" ifadələrini oxuyacaqlar.
Xatırladaq ki, bu ilin əvvəlində Yeni Cənubi Uels əyalətinin rəhbəri Gladys Berejiklian, mövcud ifadələrin Avstraliyanın "qürurlu qədim mədəniyyətinə" məhəl qoymadığını söyləyərək dəyişik edilməsini təklif etmişdi.
Rəvan Əiyev, Bizim.Media