Bakıda anasını qətlə yetirən 15 yaşlı oğlan həbs edildi

Bakıda anasını qətlə yetirən 15 yaşlı oğlan həbs edildi

Hazırda oxunan: Bakıda anasını qətlə yetirən 15 yaşlı oğlan həbs edildi

71338

Nizami Rayon Məhkəməsində Bakıda anasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Bizim.Media xəbər verir ki, prosesdə təqdimat təmin edilib və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğunun Mətbuat Xidməti Trend-ə faktı təsdiqləyib.

MÖVZU İLƏ BAĞLI:
Bakıda 15 yaşlı oğul anasını küçədə bıçaqlayıb öldürdü - Səbəb bu olub


Xatırladaq ki, hadisə aprelin 20-si paytaxtın Nizami rayonu ərazisində "Neftçilər" metrostansiyasının qarşısında baş verib. 2007-ci il təvəllüdlü oğlan qısqanclıq zəminində anası, 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova bıçaqla qətlə yetirib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO