Milli Məclisin Şuşada keçiriləcək birgə komitə iclasının vaxtı dəyişdirildi

Milli Məclisin Şuşada keçiriləcək birgə komitə iclasının vaxtı dəyişdirildi

Hazırda oxunan: Milli Məclisin Şuşada keçiriləcək birgə komitə iclasının vaxtı dəyişdirildi

71302

Milli Məclisin Şuşada keçiriləcək növbəti birgə komitə iclasının vaxtına dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçiriləcək birgə iclası aprelin 27-də baş tutacaq.

Toplantının daha əvvəl aprelin 29-da keçirilməsi nəzərdə tutulmuşdu. İclasda "İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlər", "Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu", "Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələr" mövzularında dinləmələr keçriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO