Kim Çen İn ilk dəfə xalqına sürpriz etdi

Kim Çen İn ilk dəfə xalqına sürpriz etdi

Hazırda oxunan: Kim Çen İn ilk dəfə xalqına sürpriz etdi

7121

Şimali Koreya xalqı bu il liderləri Kim Çen İndən yeni il sürprizi olaraq xoş diləklərin yer aldığı məktub alıb. Vətəndaşlara yeni il arzuları çatdırmaq üçün ilk dəfə məktub göndərən Kimin açıqlamaları arasında “çətin anlar” ifadəsinə yer verməsi xüsusilə diqqət çəkib.

1995-ci ildən bəri Şimali Koreyada ilk dəfə dövlət başcısından yeni il münasibətilə təbrik məktubu ünvanlanır.

Şimali Koreya lideri Kim Çen İn Koreya xalqına bu çətin anlarda rəhbərliyə göstərdikləri dəstək və etimada görə təşəkkür edib.

Şimali Koreya rəsmi xəbər agnetliyi KCNA-ya görə Kim "Xalqımızın idealları və istəklərinin reallaşacağı yeni dövrə qədəm qoymaq üçün çox çalışacağam" deyə əlavə edib və vətəndaşlara can sağlığı və xoşbəxtlik arzulayıb.

Xatırladaq ki, Kim Çen İn hər il 1 yanvarda televiziyada xalqa müraciət edirdi.

Lakin 2016-cı ildən bəri ilk dəfə keçirilməsi planlaşdırılan İşçi Partiyası Qurultayı səbəbilə bu il xalqa müraciətin baş tutmayacağı bildirilmişdi. 5 ildən bir keçirilməsi planlaşdırılan Qurultay partiyanın ən əsas orqanı hesab olunur.

Rəvan Əiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO