Rusiyadakı güclü yanğın - Ölənlərin sayı 11-ə çatdı

Rusiyadakı güclü yanğın - Ölənlərin sayı 11-ə çatdı

Hazırda oxunan: Rusiyadakı güclü yanğın - Ölənlərin sayı 11-ə çatdı

71106

Rusiya Müdafiə Nazirliyinin Kosmik Hava Müdafiəsi Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutunda yanğın nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, hadisə aprelin 21-də baş verib.

Əvvəlcə yanğın zamanı 6 nəfərin həlak olduğu, 30 nəfərin xəsarət aldığı bildirilirdi.

Yanğından sonra aparılan xilasetmə işləri zamanı daha 5 nəfərin meyiti aşkar edilib. Yanğın elektrik naqillərində qısaqapanma səbəbindən baş verib.

Qəza ilə bağlı cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO