Mayk Taysonun döydüyü sərnişin məhkəməyə müraciət edəcək

Mayk Taysonun döydüyü sərnişin məhkəməyə müraciət edəcək

Hazırda oxunan: Mayk Taysonun döydüyü sərnişin məhkəməyə müraciət edəcək

71061

ABŞ-ın əfsanəvi boksçusu, superağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Taysonun təyyarədə döydüyü sərnişin məhkəməyə müraciət edəcək.

Bizim.Media TMZ-ə istinadən xəbər verir ki, zərərçəkmiş mümkün apellyasiya şikayəti üçün vəkil də tutub.

Vəkil Mett Morqam bildirib ki, Tayson həyəcanlı pərəstişkarını vurmazdan əvvəl təmkinli olmalı idi.

Qeyd edək ki, Mayk Tayson uçuşdan əvvəl təyyardə sərnişini döyüb. 55 yaşlı idmançı San-Fransiskodan Floridaya uçduğu vaxt arxa oturacaqdakı kişi içkinin təsiri altında onunla söhbətə cəhd edib.

Tayson isə həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra sifətinə zərbələr endirməyə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO