Diaspor Gənclərinin növbəti Yay Düşərgəsi Şuşada keçiriləcək

Diaspor Gənclərinin növbəti Yay Düşərgəsi Şuşada keçiriləcək

Hazırda oxunan: Diaspor Gənclərinin növbəti Yay Düşərgəsi Şuşada keçiriləcək

71056

Diaspor Gənclərinin növbəti Yay Düşərgəsi Şuşada keçiriləcək.

Bizim.Media xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində deyib.

Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib.

Zəfər Qurultayında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilib, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələr təşkil edilib.

Aprelin 23-də isə Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində Zəfər Qurultayının iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Tədbirin sonunda isə Zəfər Qurultayının iştirakçılarının Dünya Azərbaycanlılarına, UNESCO-ya və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) və Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətinə müraciətləri, Qurultayın qətnaməsi qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO