"Exxon Mobil" Azərbaycanda işin dayandıracaq? – Ekspertin CAVABI

Hazırda oxunan: "Exxon Mobil" Azərbaycanda işin dayandıracaq? – Ekspertin CAVABI

71053

Dünyanın ən böyük neft şirkətlərindən biri "Exxon Mobil" iyunun 24-dək Rusiya bazarından tamamilə çıxmaq fikrindədir.

Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, şirkət Rusiyada yerləşən müəssisələrini, eləcə də məşhur "Mobil" sürtkü yağlarının satışını dayandırmağı planlaşdırır.

Qeyd edək ki, “Exxon Mobil” 1995-ci ildən Azərbaycanda davamlı biznes iştirakına malikdir. Sözügedən şirkət Xəzər dənizindəki Azəri-Çıraq-Günəşli yatağından karbohidrogen hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Konsorsiumunda 7% paya malik olduğu halda, Azərbaycan xam neftini beynəlxalq bazarlara çıxaran Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində 2,5% paya sahibdir.
 

MÖVZU İLƏ BAĞLI:

“Exxon Mobil” Rusiyanı tərk edəcəyi tarixi açıqladı


“Exxon Mobil”-ın Rusiyadan çıxmasının Azər-Çıraq-Günəşli yatağı və Bakı-Tbilisi-Ceyhan boru kəməri üçün əks nəticəsi ola bilərmi?

İqtisadçı ekspert İlham Şaban iki fenomenin bir-birindən çox müxtəlif işlədiyini düşünür.

“Xeyr, Exxon Mobil-ın hal-hazırda atdığı addım tamam fərqli strategiyadır. Rusiyadan gediş sanksiyalarla bağlıdır”.

İlham Şaban “Exxon Mobil” şirkəti ilə Azərbaycan əməkdaşlığının prinsiplərini belə şərh edib:

“Azərbaycanla bağlı hər şey kommersiya maraqlarından asılıdır. Heç bir dəyişiklik olmayacaq”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO