Fədayə Laçın küsülü olduğu Tacirlə arxiv görüntüsünü YAYDI: “Əzizim\

Fədayə Laçın küsülü olduğu Tacirlə arxiv görüntüsünü YAYDI: “Əzizim\" – VİDEO

Hazırda oxunan: Fədayə Laçın küsülü olduğu Tacirlə arxiv görüntüsünü YAYDI: “Əzizim\" – VİDEO

70940

Rusiyaya köçən müğənni Fədayə Laçın küsülü duet ortağı Tacir Şahmalıoğlu ilə arxiv görüntülərini üzə çıxarıb.

Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında sənətçi 23 il əvvəl 1999-cu ildə Azərbaycan Dövlət Televiziyası tərəfindən lentə alınan bəstəkar Tahir Əkbərin "Əzizim" mahnısının videosunu paylaşıb.

Sənətçi izləyiciləri ilə bölüşdüyü kadrları belə şərh edib.

"Bu əsəri oxuyanda həyəcanlanmışdım "birdən alınmaz" deyə. Cavan idim də. Böyük bəstəkarımız, rəhmətlik T.Əkbər dedi ki, oxuyacaqsan! Dedim oxuyacağam e, amma Tacir kimi oxuya bilməyəcəyəm axı. Dedi özün kimi oxuyacaqsan... Oxudum və ən sevilən duetlərimizdən biri oldu. Amma "kimdən küsdü cavanlığım?".

Qeyd edək ki, F.Laçınla T.Şahmalıoğlu illər əvvəl ayrılmaz duet ortaqları olublar. Hətta onların eşq yaşadığı da iddia edilib. F.Laçın həbs edildikdən sonra isə ifaçılar arasında mübahisə yaşanıb.
Belə ki, Tacirin onun ünvanına "Fədayənin müəllimi olmuşam" kəlməsi qalmaqala səbəb olmuşdu. F.Laçının bacısı İlahə Fəda "Tacir müəllim ola bilməz.

Onun musiqi fəaliyyətinə nəzər salsaq, Murad müəllimin sayəsində "Qarabağ bülbülləri"ndə bir parça "Bayatı şiraz" oxuyub və bununla da Qızıl Fonda düşüb. Onun elə uğuru bircə bu olub. Sonra nə oxuyub? Hansı mahnısı yadınızda qalıb? Tacir Fədayə ilə duet oxuyandan sonra tanınıb. Sən elə müəllimlik eləmisən ki, Fədayə indi həbsdədir", - deyə, Tacirin cavabını verib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO