"AZAL" məhkəməyə verildi - SƏBƏB

Hazırda oxunan: "AZAL" məhkəməyə verildi - SƏBƏB

70793

“Azərbaycan Hava Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti (AZAL) məhkəməyə verilib.

Bizim.Media xəbər verir ki, yoxlama zamanı “AZAL”ın gömrük qaydalarını pozması müəyyən edilib.

Buna görə də "AZAL" barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Babək Pənahovun icraatına verilib.

Qeyd edək ki, həmin maddə əsasında hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir (lent.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO