Ukrayna səfirindən humanitar yardıma görə Azərbaycan Prezidentinə TƏŞƏKKÜR

Ukrayna səfirindən humanitar yardıma görə Azərbaycan Prezidentinə TƏŞƏKKÜR

Hazırda oxunan: Ukrayna səfirindən humanitar yardıma görə Azərbaycan Prezidentinə TƏŞƏKKÜR

70763

"Bu gün Azərbaycandan Ukraynaya böyük humanitar yardımın artıq üçüncü mərhələsi həyata keçirilir. Ukrayna üçün çox vacib yükün olduğu 7-ci təyyarə göndərilir".

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy deyib.

Onun sözlərinə görə, humanitar yardıma dərman vasitələri və ərzaq məhsulları daxildir:

"Ukrayna üçün çox çətin biz zamanda həyata keçirilən humanitar yardım Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunun parlaq nümunəsidir.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndəriləcək - VİDEO


Bu, ehtiyac duyduğumuz bir yardımdır və xalqlarımız arasında böyük dostluğun daha bir sübutudur. Fürsətdən istifadə edərək, göstərilən yardıma görə Ukrayna dövləti və xalqı adından Azərbaycan rəhbərliyinə, ilk növbədə Prezident İlham Əliyevə səmimi minnətdarlığımı çatdırmaq istəyirəm. Artıq 57 gündür ki, Ukrayna dövləti və xalqı Rusiya işğalına qarşı müqavimət göstərir. Düşmənin nə qədər amansız və həyasız olduğunu görürük. Qadınlar, uşaqlara və qocalara qarşı hansı amansızlığın törədildiyinin şahidi oluruq. Bu gün də dinc sakinlər, uşaq bağçaları, məktəblər atəşə məruz qalırlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO