Avtomobil Nəqliyyatı Xidməti və İcbari Sığorta Bürosuna kiberhücumla bağlı – Biri araşdırır, digəri isə SUSUR

Avtomobil Nəqliyyatı Xidməti və İcbari Sığorta Bürosuna kiberhücumla bağlı – Biri araşdırır, digəri isə SUSUR

Hazırda oxunan: Avtomobil Nəqliyyatı Xidməti və İcbari Sığorta Bürosuna kiberhücumla bağlı – Biri araşdırır, digəri isə SUSUR

70749

Xəbər verdiyimiz kimi iki dövlət qurumunun - İcbari Sığorta Bürosunun, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin internet resursları böyük miqayaslı kiberhücuma məruz qalıb.

Həssas məlumatların ələ keçirilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb və bu məsələdə təhlükəsizlik tədbirlərinin düzgün şəkildə qorunmaması eləcə də istifadəçilərin fərdi məlumatlarının bu qurumların məsuliyyətsizliyi ucbatından ələ keçirilməsi sərt tənqid edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə kiberhücum - vətəndaşların  məlumatları satışa çıxarıldı - FOTO


Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Bizim.Media-nı sorğusuna cavab olaraq bildirib ki, sistemin təkmilləşdirilməsi ilə əlaqədar mütəmadi tədbirlər həyata keçirilməkdədir:

“İcbari Sığorta Bürosunun sistemi işlək vəziyyətdədir və gündəlik iş rejimində fəaliyyəti davam etdirilir. Bizim.Media xəbər qaynağında çıxan məlumatlarla əlaqədar olaraq araşdırmalar davam etdirilir. Nəticə barədə ictimayətə əlavə məlumat veriləcək”, - deyə qurumdan bildirilib .

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hələki sorğumuzu cavablandırmayıb.

Qurumun mətbuat katibi Pərvanə Əliyeva saytımıza açıqlamasında məlumat olacağı təqdirdə bölüşəcəklərini deyib.

Xatırladaq ki, hücum nəticəsində xidmətlərin informasiya bazasından milyonlarla fərdi məlumatların oğurlandığı bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

İcbari Sığorta Bürosuna kiberhücum - 40 milyondan çox məlumat oğurlanıb - TƏCİLİ - FOTO


Hücumun şəxsiyyəti məlum olmayan, lakin iranlı olması ehtimal olunan “AngryBoy” təxəllüslü haker tərəfindən həyata keçirildiyi söylənilir. Hakerin “DarkNet” internet resurslarında yaydığı məlumatlara əsasən İcbari Sığorta Bürosunun bütün sisteminin dağıdıldığı və 40 milyondan çox məlumatın ələ keçirildiyi, eləcə də satışa çıxarıldığı iddia olunur. Kiberhücumların əsas hədəfi isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Fərqlənmə nişanı”nın alınması üçün nəzərdə tutulmuş onlayn platforması (e-fn.danx.gov.az) olub.

Ələ keçirilmiş və daha sonra satışa çıxarılmış məlumatlar içəsində Azərbaycan vətəndaşlarına məxsus sürücülük vəsiqələrinin seriya və nömrələri, vətəndaşların ad, soyad və ata adı, qeydiyyat ünvanı, mobil nömrə, ş/v-nin FİN kodu olduğu bildirilir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO