"Duz-çörək yeyərəm, amma heç kimə ağız açmaram" - Əməliyyata hazırlaşan Ruhəngiz Allahverdiyeva 

Hazırda oxunan: "Duz-çörək yeyərəm, amma heç kimə ağız açmaram" - Əməliyyata hazırlaşan Ruhəngiz Allahverdiyeva 

70743

“Mən küçədə deyiləm, evim var. Sadəcə balacadır. Evim iki otaqlıdır, kvadratı azdır. Bir sənət adamı üçün belə darısqal evdə yaşamaq çox çətindir. Mənim çoxlu sayda geyimlərim aksessuarlarım var.

Onları da bu balaca evə sığdırmaq çox çətindir. Hansı müğənni mənim kimi belə bir evdə yaşayır? Heç kim... Məndən qat-qat gözəl evlərdə yaşayırlar. 100 qat artıq olsun. Heç kimin də nə malında, nə də ailəsində gözüm yoxdur. Aza qane olan insanam”.

Bu sözləri Əməkdar Artisti Rühəngiz Allahverdiyeva Bizim Media-nın əməkdaşı ilə söhbətində bildirib.

Sənətçi evlə bağlı Mədəniyyət Nazirliyinə müraciət etsə də, oradan rədd cavabının gəldiyini söyləyib.

“Mədəniyyət Nazirliyinə evlə bağlı müraciət etmişəm. Orada mənə söylədilər ki, siz yazacaqsınız, biz də atacağıq arxivə. Mən artıq həqiqətən heç nə istəmirəm. Allah mənə nə qismət edəcəksə, o da olacaq. Elə sənət adamı var ki, dövlətdən iki ev alıb. Mən artığı, haramı götürən insan deyiləm. Mən elə xanımam ki, duz-çörək yeyərəm, amma heç kimə ağız açmaram. İstəsəm 100 yerdən pul çıxardaram”.

Bir çox həmkarlarından fərqli olaraq Əməkdar artist heç bir biznesinin olmadığını dilə gətirib: 

“Heç nəyim yoxdur, o ki qalsın biznesə... Biznes açmaq üçün, pulun olmalıdır. Çox pulun. Mənim də elə pullarım yoxdur və biznes açmaq barədə də düşünmürəm. Nə vaxtsa biznesə əl qoymuşam, amma məndə alınmadı. Alınmamağın səbəbini də bilmirəm”.
R.Allahverdiyeva büdcəsini ağılla xərclədiyini və yığımcıl olduğunu deyib.



“Ramazandan əvvəl toylar oldu. Gedib 5-10 manat arxaya atdım. İndi də o pulları xərcləyirəm. Bütün pulumun hamısını xərcləmirəm, saxlayıram növbəti günə. Əgər yoxundursa, toyuğun bir budunu bu gün, qalanı da sabaha saxla. Məcbur deyil ki, hamısını bir gündə yeyəsən. Oğlum yeni işə düzəlib. O söyləyir ki, işlərim yaxşı gedəndən sonra, səni toya da getməyə qoymayacağam”.

Xarici ulduzlar kimi bizim sənətçilərdə Ayan Babakişiyeva, Gülay Zeynallı və Xatirə İslam sosial şəbəkələrdə öz geyimlərini satışa çıxarıb, pul qazanırlar.

Sənətçi həmkarlarının bu addımını müsbət qarşılasa da, geyimlərini satmaq yox, hədiyyə verəcəyini açıqlayıb:  

“Mənim hazırladığım libaslar hərəsi bir əsərdir. Onları öz ideyam və fikrim ilə yaratmışam. Düşünürəm ki, gözüm görə-görə, sağ ikən zamanında hədiyyə edəcəyəm”.   

Müsahibənin sonunda Rühəngiz Allahverdiyeva yaxın günlərdə həmkarları kimi bıçaq altına uzanacağını, üzündən əməliyyat olunacağını açıqlayıb.  
“İlk əməliyyatım 1985-ci ildə olub. O zaman burnumun formasını dəyişdirmişəm və plastik əməliyyat etdirən sənətçilərdən ilk mən olmuşam. Müəyyən yaşa çatdınsa, səhnə adamısansa, əməliyyat etməlisən. Üzümdə plastik əməliyyat etdirəcəyəm. Kök hüceyrə əməliyyatı olacaq. Hələ indi etdirməyəcəyəm. Əvvəlcə analizlər verəcəyəm. Sağlamlıq vəziyyətimi yoxlatdıracağam. Hər şey aldığım cavablardan asılı olacaq. Yəni birdən-birə gedib bıçaq altına uzanmayacağam”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO