Karantin qaydalarının ləğvi Azərbaycanda bu sahədə gəlirləri artıracaq – YENİ İMKANLAR 

Karantin qaydalarının ləğvi Azərbaycanda bu sahədə gəlirləri artıracaq – YENİ İMKANLAR 

Hazırda oxunan: Karantin qaydalarının ləğvi Azərbaycanda bu sahədə gəlirləri artıracaq – YENİ İMKANLAR 

70731

“Azərbaycanda xüsusi karantin qaydalarının daha da yumşaldılması və əksər pandemiya qadağalarının aradan qaldırılması ilə bağlı müzakirələr intensivləşir. Karantin qaydalarının ləğvi real sektorun və xüsusən də turizimin inkişafı baxımdan vacibdir”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.

“2021-ci ildə formalaşmış Ümumi Daxili Məhsulun (ÜDM) 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin payın düşüb. Bu o deməkdir ki, turizm və əlaqəli sahələr ötən il 1 milyard 207 milyon manatlıq yeni dəyər formalaşdıra biliblər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda karantinlə bağlı xoş xəbər: BU QADAĞALAR LƏĞV EDİLİR - VİDEO


Qeyd edək ki, pandemiyadan əvvəlki il turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜMD-də payı 2,4 faiz idi. Goründüyü kimi, karantin tədbirləri səbəbindən turizm və ictimai iaşənin iqtisadiyyatda payı 85 faiz bəndə yaxın azalıb”, – deyə deputat qeyd edib.  

Onun sözlərinə görə, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azalıb:

“Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, vaksin sertifikatı ilə bağlı tələblərin aradan qaldırılması ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur.
Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yaradacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO