Əsirlikdə olmuş atasından danışan xanəndə göz yaşlarına boğuldu – VİDEO 

Əsirlikdə olmuş atasından danışan xanəndə göz yaşlarına boğuldu – VİDEO 

Hazırda oxunan: Əsirlikdə olmuş atasından danışan xanəndə göz yaşlarına boğuldu – VİDEO 

70729

“Atam əsirliyə düşəndə 18 yaşım vardı. 1990-ci ildə əsir düşdü, 1992-ci ildə isə yanımıza qayıtdı. Bu iki il ərzində atam çox əzab-əziyyətlər çəkdi. O hətta əsir qaldığı zaman belə şükür edirdi. Söyləyirdi ki, “eybi yox, buna da şükür edək”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Sarıyeva “1 DƏQİQƏ” verilişində danışıb.

Birinci vətən müharibəsi dövründə atasının Xocavənd rayonunda ermənilər tərəfindən əsir götürüldüyünü açıqlayan sənətçi, yaşadığı həmin anları yada salaraq, göz yaşına boğulub.

“Atamın paltarlarını evin ortasına töküb, bacılarım ağlayırdılar. Bizim gümanımız belə yox idi ki, atam əsirlikdən çıxıb, yanımıza, ailəmizə dönəcək. Çünki əsir düşənlər, geri qayıtmırdı. Atamın nə öldü, nə də ki, yaşayır xəbəri vardı. Əlimiz göydə, onun heç olmasa “öldü” xəbərini gözləyirdik. Ümidimizi üzmüşdük. Bir müddətdən sonra xəbər aldıq ki, atamı Xocavənd rayonunda əsir kimi saxlayırlar. Vəziyyəti də çox pis idi”.

Sənətçi bildirib ki, iki ildən sonra onun atası əsirlikdən qurtularaq, ailəsinin yanına geri qayıdıb: 

“Mənim üçün ən xoşbəxt gün atamın əsirlikdən yanımıza qayıtdığı gündür. Sanki bütün ailə ilə yenidən doğulduq”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO