Bakıda klinikadan 284 min manatlıq oğurluq edən şəxslərə hökm oxundu

Bakıda klinikadan 284 min manatlıq oğurluq edən şəxslərə hökm oxundu

Hazırda oxunan: Bakıda klinikadan 284 min manatlıq oğurluq edən şəxslərə hökm oxundu

70722

Bakıda oğurluq etməkdə təqsirləndirilən Fərqanə Mirzəzadəyə və Cəlil Kərimova hökm oxunub və hər iki şəxs 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, onların barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəzlənib. F.Mirzəzadə ilə C.Kərimov məhkəmə iclas zalından həbs olunub.
Qeyd edək ki, hadisə 2021-ci ilin yayında paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən baytarlıq klinikasında qeyd alınıb.

İttiham aktına əsasən, klinikanın əməkdaşı olan F.Mirzəzadə ilə C.Kərimov oradan ümumilikdə 283 min 744 manatlıq oğurluq ediblər.

Onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO