Quba RİH başçısı Ziyəddin Əliyev iftar məclisi təşkil edib. Tədbirə rayon rəsmiləri, şəhid ailələrinin, aztəminatlı ailələrin nümayəndələri, qazilər, ictimayyət təmsilçiləri, din mütəxəssisləri qatılıb.
Bizim.Media xəbər verir ki, iftarda Ziyəddin Əliyev Ramazan bayramı münasibətilə iştirakçıları təbrik edib, oruclarının Ulu Tanrı tərəfindən qəbul olunmasını, ölkəmizdə və dünyada sülhün hökm sürməsini arzu edib.
İftarda şəhidlərin xatirəsi bir daha hörmətlə yad edilib. Azərbaycan Prezidenti İlham Əliyevin təltif etdiyi orden və medallar şəhidlərin valideynlərinə təqdim edilib.
2021-ci ilin noyabrında Kəlbəcərdə erməni təxribatı nəticəsində şəhid olan Orxan Cabarovun atası Hətəm Cabarova oğlunun "3-cü dərəcəli Rəşadət" ordeni verilib. Vətən Müharibəsində şücaət göstərən daha 17 şəhidin ailə üzvlərinə Ali Baş Komandanın medalları təqdim olunub.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:53 / 21.04.2022
Qubada 300 nəfərə iftar verildi – FOTO
Hazırda oxunan: Qubada 300 nəfərə iftar verildi – FOTO
Hazırda oxunan: Qubada 300 nəfərə iftar verildi – FOTO
70716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.