Autizmli uşaqlar arasında növbəti yarış keçirildi

Autizmli uşaqlar arasında növbəti yarış keçirildi

Hazırda oxunan: Autizmli uşaqlar arasında növbəti yarış keçirildi

70677

Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində daha bir yarış keçirib.

Assosiasiyadan Bizim.Media-ya verilən məlumata görə, bu dəfə autizmli uşaqlar velosiped idmanı üzrə bacarıqlarını nümayiş etdiriblər.

3 yaş qrupu üzrə baş tutan yarışa 50-ə yaxın iştirakçı qatılıb.

6-9 yaş qrupunda

1. Məhəmməd Əsgərov

2. Amin Şirinov

3. Amin Əlizadə

9-13 yaş qrupunda

1. Polad Məmmədli

2. Murad Şirinov

3. Elmir Şirinov

13 yaş üzəri

1. Rza Bayramov

2. Hüseynəli Rəhimov

3. Nihat Bədəlov

Qeyd edək ki, daha əvvəl autizmli uşaqlar bocce və stolüstü tennis idmanı üzrə mübarizə aparıblar. Növbəti günlərdə isə atletika və futbol yarışları keçiriləcək.

II Autizm Festivalı aprelin 28-də gerçəkləşəcək. Festival çərçivəsində keçirilən tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO