Erməni heykəltəraşın ETİRAFLARI: \

Erməni heykəltəraşın ETİRAFLARI: \"Böyük utanc hissi keçirirəm\" - VİDEO

Hazırda oxunan: Erməni heykəltəraşın ETİRAFLARI: \"Böyük utanc hissi keçirirəm\" - VİDEO

70670

Tanınmış erməni heykəltəraş Onik Kardaş birinci Qarabağ müharibəsi zamanı ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışıb.

Bizim.Media xəbər verir ki, o, "Youtube" kanallarından birinə müsahibəsində baş verənlərdən böyük utanc hissi keçirdiyini deyib. 

"Şuşada çoxlu silahlılarla rastlaşırdım, sürücüm və cangüdənim də həmin şəhərdən idi. Sürücüm deyirdi ki, 80 azərbaycanlını qətlə yetirib, daş parçaları ilə onların başını əzib. Onun oğlu atasından azərbaycanlıların başını necə əzdiyini danışmağı xahiş etdi. O, kabab yeyə-yeyə törətdiyi vəhşiliklərdən danışmağa başladı".

O.Kardaş erməni uşaqları türklərin qətlinə həsr edilən hekayələrlə böyüdüldüyün deyib:

"Mən orda elə şeylər görmüşəm ki... Ermənilər azərbaycanlıların qəbirlərini pis hala salmışdılar. İndi bu barədə danışmağa utanıram. Zəngin azərbaycanlıların ağ mərmərlə örtülmüş qəbrlərində deşiklər açır, qızıl dişlər axtarırdılar".
Qeyd edək ki, Livanda anadan olan erməni heykəltəras Onik Kardaş 2001-ci ildə ABŞ-dan Şuşaya köçüb. Bir müddət orada gənc heykəltəraşlara kurs keçib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO