Bu komandanın hücumçusu irqçiliyə görə cəzalandırıldı

Bu komandanın hücumçusu irqçiliyə görə cəzalandırıldı

Hazırda oxunan: Bu komandanın hücumçusu irqçiliyə görə cəzalandırıldı

7061

İngiltərənin Futbol Assosiasiyası (FA) "Mançester Yunayted"in hücumçusu Edinson Kavanini cəzalandırıb.

Bizim.Media xəbər verir ki, uruqvaylı hücumçu sosial şəbəkələrdə irqçi şərhinə görə 100 min funt sterlinq cərimələnib və üç matçda iştirakdan kənarlaşdırılıb.

Kavani İngiltərə Premyer Liqasının 10-cu turunun "Sautqempton"la matçında əzmkar qələbədən sonra sosial şəbəkədə istifadəçilərdən birindən təbriklərə cavab verərək, "Gracias negrito" ("Təşəkkür, qara"-red) sözlərini yazıb. Uruqvaylı futbolçu paylaşımını 3 saat sonra silib, ancaq bu, FA-da diqqəti cəlb edib.

Beləliklə, hücumçu İngiltərə Premyer Liqasında "Aston Villa", "Mançester Siti" (İngiltərə Liqası Kuboku) və "Uotford"la (İngiltərə Kuboku) matçları buraxacaq. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO