Uşaqlığı döyülməklə keçən Könül Xasıyeva: \

Uşaqlığı döyülməklə keçən Könül Xasıyeva: \"Mən xanım ömrü yaşamamışam...\" - VİDEO 

Hazırda oxunan: Uşaqlığı döyülməklə keçən Könül Xasıyeva: \"Mən xanım ömrü yaşamamışam...\" - VİDEO 

70599

“Mən bir xanım ömrü yaşamadım. Bunu Allah mənə nəsib eləmədi. Həmişə məclislərdə, el şənliklərində kişilərlə çiyin-çiyinə çalışmışam. Amma həmişə istəmişəm xanım ömrü yaşayım. Digər xanımlar kimi istəyərdim ömrümün çox hissəsi mətbəxdə keçsin. Əlbəttə ki, ailə-övlad bunlar hamısı vacibdir olmalıdır. Allah hamını xoşbəxt eləsin amma məndə alınmadı...”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva “Üz-Üzə” portret verilişində qonaq olarkən deyib.

Həyatında yaşadığı ağrılı-acılı günləri yada salan sənətkar, atasının onu oxumasına qadağalar qoyduğunu bildirib:

“Atam çox sərt adam idi. Məni də çox döyüb. Zamanında. Oxuyurdum, kişi də məni döyürdü ki, oxuma da. Balaca idim. Bir ya ikinci sinifə gedirdim. Mən də özümü saxlaya bilmirdim, oxuyurdum.
Gedirdim qonşuda otururdum, oxuyurdum, atamın iş yeri yaxın idi. Evə piyada gəlirdi. Yola uşaq qoyurduq, deyirdik ki, gələndə xəbər elə. Mənim səsimi eşitməsin ki , mən oxuyuram. Amma sonralar, mən artıq gəlmişdim Bakıya. Sonralar artıq mən oxuyanda o kövrəlirdi. Bizim rayonda qonşularımız, qohumlarımız, bu verilişi izləyən və atamı tanıyan, ailəmizi tanıyan hər kəs bunun şahididir ki, mən oxuyurdum atam kövrəlirdi, göz yaşı tökürdü. Amma bilmədim bu nədən idi.. Hər iki valideynimin itkisi mənə çox ağır gəlib”. 

O, uşaqlıqda atası tərəfindən tez-tez döyüldüyünü də etiraf edib:  

“Atam çox sərt adam olub. Məni döyüb, amma yerində döyüb. Çünki o vaxt qız uşağının oxumasına yaxşı baxmırdılar.
Deyirlər ki, qızını döyməyən dizini döyər. İndi birdən deyirəm ki, atamızın o vaxt yaxşı ki, hökmü var idi. Atamızın əlini stola vurmağı var idi. Atam işdən gələndə biz hamımız ayağa qalxardıq. Mənim yadımdadı. Anamız da bizi belə öyrədib. Məsələn, atam axşam işdən evə gələnə qədər biz çörək yemirdik. Atam gəlirdi, sonra biz axşam yeməyi yeyirdik”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO