Atasının ölümündən danışan Səidə göz yaşlarına boğuldu - VİDEO

Atasının ölümündən danışan Səidə göz yaşlarına boğuldu - VİDEO

Hazırda oxunan: Atasının ölümündən danışan Səidə göz yaşlarına boğuldu - VİDEO

70582

“Atam dünyasını dəyişməzdən əvvəl Azərbaycan Milli Dram Teatrında rus şairi Qoqolun “Müfəttiş” əsərini oynadı. Bu, onun son tamaşası idi. Onun xəstə olduğunu isə heç kim bilmirdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova “Xəbər-ətər” səhər şousunda qonaq olarkən deyib.

Səidə atasının teatrda oynadığı son tamaşasını yada salıb, göz yaşı axıdıb: 

“Antraktda atamın olduğu 6 nömrəli qrim otağına getdim. İçəri daxil olanda gördüm ki, atam qan-tər içindədir. Onu öpüb, alnındakı təri silməyə başladım. Mənə dediki “Qızım tərliyəm, eləmə” (red. Səidə ağlayır). Atama söylədim ki, “Aparım səni evə, xəstəsən”. Cavab olaraq söylədi ki, “Yox qızım”. Atam sənət fədaisi olub. Özünü sənətə qurban verdi. Atam kimi bir aktyor yenidən doğulmayacaq”.  

Qeyd edək ki, aktyor 2 il əvvəl dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü. Mərhum sənətkar R.Dadaşov 16 mart tarixində vəfat edib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO