Əmək pensiyalarının və yardımların artmasının bahaçılıqla mütənasib olmamamsı indi sosial şəbəkələrdə müzakirə olunan mövzulardandır.
Son ayların iflyasiya səbəbləri ekspertlər tərəfindən də müxtəlif səbəblərlə yozulur. Amma qiymət artımının hələ yerində dayanmaq fikri yoxdur. Ona görə də xalqın bir hissəsi olan siyasi simalardan da güzəranları ilə bağlı sorğu elədik. Görək necə və nəylə dolanırlar?
Bizim.Media-ya cavabında Cümşüd Nuriyev keçmiş istiqlalçı deputat kimi aldığı təqaüddən razı qalmadığın bildirib.
Qeyd edib ki, “mənim pensiyam bir süpürgəçinin aldığı qədərdir”. Nuriyev bildirib ki, istiqlalçı deputatlar haqqında xüsusi qərarın verilməsini və müəyyən təqaüdün kəsilməsini hələ də gözləyir.
AMİP lideri Etibar Məmmədov isə “Necə dolanırsız” sualımıza kəsə olaraq, “Təqaüdçüyəm” cavabını verib. Amma aldığı təqaüdün məbləğini açıqlamayıb:
“Bunun heç kimə aydiyyatı yoxdur. Aldığım təqaüd dolanmaq üçün kifayətdir. Bu barədə şikayətim yoxdur”.
ADP sədri Sərdar Cəlaloğlu isə şəxsi həyatın toxunulmazlığını əsas gətirməklə suala cavab verməkdən yayınıb:
“İnsanların gündəlik tələbatını necə ödəməsi hər kəsin şəxsi həyatıdır. Bunun məsələyə nə aydiyyatı var? Şəxsi həyat toxunulmazdır”.
Rövşən, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:15 / 19.04.2022
Etibar Məmmədov nə qədər pensiya alır? – Eksklüziv AÇIQLAMA
Hazırda oxunan: Etibar Məmmədov nə qədər pensiya alır? – Eksklüziv AÇIQLAMA
Hazırda oxunan: Etibar Məmmədov nə qədər pensiya alır? – Eksklüziv AÇIQLAMA
70385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.