ABŞ Rusiyanı terrorizmin sponsorları siyahısına saldı – Zaxarovadan AÇIQLAMA

ABŞ Rusiyanı terrorizmin sponsorları siyahısına saldı – Zaxarovadan AÇIQLAMA

Hazırda oxunan: ABŞ Rusiyanı terrorizmin sponsorları siyahısına saldı – Zaxarovadan AÇIQLAMA

70337

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Praysın Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınması ilə bağlı bəyanatını şərh edib.

Bizim.Media “gazeta.ru” saytına istinadən xəbər verir ki, onun sözlərinə görə, belə bəyanatlar “Vaşinqtonun informasiya və təbliğat fəaliyyəti” üçün lazımdır.

“Bu, hələ sınmayanları inandırmaq üçün lazımdır. Bu dəqiqə ortaya çıxan fikir nə qanunla, nə də faktlarla dəstəklənir. Belə faktlar haqda heç kim ümumiyyətlə danışmır”. O, bu barədə “Solovyev Live” proqramının efirində söz açıb.
Daha əvvəl Prays bildirmişdi ki, ABŞ Rusiya Federasiyasının “terrorçuların şərikləri” siyahısına daxil edilməsi imkanlarını öyrənir.

CNN-in adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, Rusiyanın “terrorizmin sponsorları” siyahısına salınması (Dövlət Departamentinin siyahısına KXDR, Sudan və İran daxildir) Rusiya Federasiyasından Ukraynadakı vəziyyətə görə məsuliyyətə cəlb etmək üçün bir alət kimi istifadə edirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO