Şəfiqə Nağıyeva keçmiş ərindən DANIŞDI: “Hamilə idim, üstümə stul atdı” – VİDEO 

Şəfiqə Nağıyeva keçmiş ərindən DANIŞDI: “Hamilə idim, üstümə stul atdı” – VİDEO 

Hazırda oxunan: Şəfiqə Nağıyeva keçmiş ərindən DANIŞDI: “Hamilə idim, üstümə stul atdı” – VİDEO 

70329

“1992-ci ildə zavodda işlədiyim dönəmdə, orada çalışan Vahid adında bir mühəndis vardı. O mənimlə evlənmək qərarına gəldi. Lakin mənə yaxınlaşıb heç nə deyə bilmirdi. Çünki çox zəhimli idim. Düşündükdən sonra, onunla ailə qurmaq qərarına gəldim. Qarşısına bir şərt qoydum ki, heç zaman dünyasını dəyişən anamı təhqir etməyəcəksən. Vahid söz verdi ki, heç zaman belə olmayacaq. Razılaşıb, ailə qurduq. Gəlin gedəndə də qara avtomobillə getdim”.  

Bizim.Media xəbər verir ki, bu sözləri məşhur vəkil Şəfiqə Nağıyeva “Onun sirri” proqramında qonaq olarkən deyib.  

Vəkil yaşadığı ağrılı-acılı ailə həyatından danışıb.  

“Bəlkə də mən onunla ailəli qalsaydım, o mənim həyat yoldaşım olsaydı, bu gün mən indiki Şəfiqə Nağıyeva olmayacaqdım. O, mənə güc verdi”.  

Proqramın gedişatında Nağıyeva həyat yoldaşı tərəfindən dəfələrlə işgəncələrə və təhqirlərə məruz qaldığını açıqlayıb.  

“Zavodda işlədiyimiz zaman işçiləri Moskvaya istirahətə göndərirdilər. Moskvada mağazaları gəzib, orada alış-veriş edirdik. Aldıqlarımız malları isə həyat yoldaşım verdi ki, sən apar. O zaman isə mən hamilə idim. Mən də etiraz etmədim. Bizimlə bir yerdə çalışan digər qadın işçilər də vardı. Onlar mənə köməklik etmək istədilər. Mən dedim yox. Qabaqda gedirdim. Həyat yoldaşım həmin qadınlarla gülə-gülə gələndə, söylədi ki, “Baxın, eşşək aparır”. Bu sözləri eşitdikdən sonra çox pis oldum. Çünki heç zaman heç kimə icazə verməmişəm ki, kimsə mənim şəxsiyyətimi alçaltsın.

Qaldığımız otelə getdik. Onun məni təhqir etməsini eşitdiyimi və gələn səfər getməyəcəyimi söylədim. Çox həyəcan keçirtdim, öz-özümə fikirə getdim.
Çarpayıda uzandığım yerdə, Vahid üzərimə stulu atdı və ayağıma dəydi. O söylədi ki, elə bilirsən ki, sənin uşağın olacaq? Yox, olmayacaq. Ayağımdan zədə aldım. Qapını açıb, çıxıb getdi”.  

Məşhur vəkil onun anası söyən həyat yoldaşı Vahidlə ayrıldığı bildirib.  

“O sonradan yenə evləndi. Münasibətləri də çox yaxşıdır. Heç bir psixoloji problemləri yoxdur. Özü də, həyat yoldaşı da Tovuz rayonundandır. Qohumdurlar. Ola bilsin ki, onlar bir-birinin xasiyyətlərini dözə bilirlər, amma mən dözmədim. O, mənim anamı çox pis təhqir etdi. Bu təhqirdən sonra dözə bilmədim. Səhərisi gün biz Bakıya döndük.

Ona söylədim ki, bizim yolumuz ayrılır. Məhkəmə bizi 5 il ayırmadı. Çünki heç bir səbəb görmədi. Amma mən onunla ayrılmaq istədim. Anamı gözümün qabağına gətirib, dedim ki, onunla bundan sonra yaşaya bilmərəm”.   
Ş.Nağıyeva əzab və iztirab dolu ailə həyatı ilə bağlı fikirlərini belə davam edib:  

“Vahid, 25 il oğlumuzu axtarmadı. 25 ildən sonra oğlumuz Samirin axtarışa çıxdı. Samir onunla görüşmək istəmirdi. Mən zorla oğlumu atası ilə görüşməyə məcbur etdim ki, o sənin atandır. Vahid yalnız 3-4 ay aliment verib. Onunla cəhənnəm əzabı çəkdim”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO