Biabırçı mənzərəsi ilə ictimailəşən xəstəxana TƏMİRƏ BAĞLANACAQ – RƏSMİ 

Biabırçı mənzərəsi ilə ictimailəşən xəstəxana TƏMİRƏ BAĞLANACAQ – RƏSMİ 

Hazırda oxunan: Biabırçı mənzərəsi ilə ictimailəşən xəstəxana TƏMİRƏ BAĞLANACAQ – RƏSMİ 

70199

Paytaxtın Fətəli Xan Xoyski küçəsində yerləşən 5 saylı Şəhər Kliniki Xəstəxananın biabırçı görüntülərini təqdim etmişdik. Sosial şəbəkələrdə ciddi tənqid edilən xəstəxananın baxımsız, uçuq-sökük döşəmə və tavanın, eləcə də bərbad vəziyyəti ilə diqqət çəkən sanitar qovşağının təmirə ehtiyacı olduğunu qeyd etmişdik. 
 

MÖVZU İLƏ BAĞLI:

5 saylı Kliniki xəstəxanada RƏZALƏT – ŞOK GÖRÜNTÜLƏR 


Məsələ ilə bağlı Nərimanov Tibb Mərkəzindən Bizim.Media-ya ilin sonuna qədər xəstəxananın təmir olunacağı bildirilib:

“Həmin  sanitar qovşağı işlək vəziyyətdə deyil. Ümumiyyətlə xəstəxananın təmirə ehtiyacı var və ilin sonuna qədər lazımi işlər görüləcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO