Britaniya Parlamentinin üzvü Bakı səfəri ilə bağlı məqalə yazdı - FOTO

Britaniya Parlamentinin üzvü Bakı səfəri ilə bağlı məqalə yazdı - FOTO

Hazırda oxunan: Britaniya Parlamentinin üzvü Bakı səfəri ilə bağlı məqalə yazdı - FOTO

70116

Böyük Britaniya Parlamentində İcmalar Palatasının üzvü, Partlayış Təhlükələri üzrə Parlament Qrupunun sədri Metyu Offord Bakı səfəri ilə bağlı məqalə yazıb.

Bizim.Media xəbər verir ki, Offord yazısında Bakıda Humanitar Mina Təmizləmə və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Beynəlxalq konfransda iştirakı zaman səfərdə olduğu bölgələrlə bağlı təəssüratlarını bölüşüb.

Offord məqaləsində Ağdama olan səfəri barədə bildirib ki, “Bir vaxtlar 30 min sakini olan şəhər 1993-cü ildə Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında şiddətli döyüşlərin başlamasından sonra tamamilə dağıdılıb. 2020-ci ildə əldə edilmiş sülh sazişindən sonra münaqişə rəsmən başa çatıb və hazırda yenidənqurma işlərinə başlanılıb. Bununla belə, torpaq anti-personal və tank minaları, eləcə də tədqiq edilməmiş hərbi sursatlarla güclü şəkildə çirklənib”.
 

Qeyd edilib ki, 1993-cü ildən bəri bölgədə olan hərbi sursat nəticəsində təxminən 3500 ölüm hadisəsi baş verib: “2020-ci ildə iki ölkə arasında sülh sazişi imzalanandan bəri, piyada və tank əlehinə minalar, həmçinin tədqiq edilməmiş hərbi sursatlar nəticəsində daha 180 hərbçi və 53 mülki şəxs həlak olub. Bu iki il ərzində 19 min hektar ərazi ümumilikdə 50 min hərbi sursatdan təmizlənib lakin bu, Azərbaycanda minalanmış sahələrin cəmi 2 faizini təşkil edir”.

Deputat, Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi Agentliyi olan ANAMA tərəfindən işlərə necə başlandığını müşahidə edib.

Metyu məqaləsində qeyd edib ki“Böyük Britaniya, Azərbaycanı partlayıcı silahların aradan qaldırılması üçün kadr və resursların təmin edilməsində böyük rol oynayır. Bu partlayıcı maddələrə görə münaqişə bitdikdən sonra günahsız mülki insanlar və uşaqlar həyatını itirib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO