İsveçin müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı - Quranın yandırılmasına görə

İsveçin müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı - Quranın yandırılmasına görə

Hazırda oxunan: İsveçin müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı - Quranın yandırılmasına görə

70112

İsveçin müvəqqəti işlər vəkili bazar günü radikal “Hard Course” partiyasının nümayəndələri tərəfindən Quranın yandırılması ilə bağlı İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İRNA agentliyi yayıb.

MÖVZU İLƏ BAĞLI:

İsveçdə Quranın yandırılması etirazla qarşılandı - FOTO


Mənbə yazır ki, İsveç təmsilçisinə müsəlmanlar üçün müqəddəs olan kitabın təhqir olunmasına görə kəskin etiraz edilib.

İran Xarici İşlər Nazirliyi hadisəyə görə İsveç hökumətinin məsuliyyət daşıdığını açıqlayıb, həmçinin Stokholmu təcili tədbirlər görməyə və bu cür hərəkətlərə son qoymağa çağırıb.

Bazar günü İsveçin Linköpinq və Norrköpinq şəhərlərində Danimarkanın "Hard Course" sağçı ekstremist partiyasının lideri Rasmus Paludan İslam əleyhinə nümayişlər keçirmək fikrinə düşüb.

Keçirilən iğtişaşlar zamanı Quran kitabı yandırılıb. Cümə və şənbə günləri də Örebro və Malmödə iğtişaşlar baş verib, bu zaman ən azı 12 polis əməkdaşı yaralanıb, bundan əlavə, ictimai nəqliyyat və bir neçə patrul maşını yandırılıb.

Qeyd edək ki, Paludan çoxsaylı anti-islam videoları ilə tanınır, Quranı açıq şəkildə yandırır və bunu söz azadlığı adlandırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO