ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi

ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi

Hazırda oxunan: ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi

7010

ABŞ hökuməti və xalqı adından ölkənin səfirliyi Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edir, cansağlığı və səadət arzulayır.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Azərbaycan xalqına video müraciətində bildirib.

''2020-ci il iki ölkəmiz üçün fövqəladə çətin və tarixi il oldu. Bir çox azərbaycanlının COVID-19 və ya son müharibə üzündən yaxınlarını, doğmalarını itirdiklərini bilirəm''.

''Bu itkiləri yaşayanların kədərini bölüşdüyümü bilmənizi istərdim. Başa çatan ilin bütün çətinliklərinə baxmayaraq Azərbaycan xalqının bütün maneələri dəf edərək gələcəyə doğru irəliləmək əzminə heyranam''.

''Azərbaycan cəmiyyətinin müstəqilliyin, demokratik proseslərin yeni zirvələrinə qalxmaq qabiliyyətinə dair nikbinəm. Bu regionun nəhayət, dayanıqlı sülhə nail olacağına ümidvaram'', – diplomat müraciətində qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO