Dilqəm və Şahbaz I Fəxri Xiyabanda – FOTO

Dilqəm və Şahbaz I Fəxri Xiyabanda – FOTO

Hazırda oxunan: Dilqəm və Şahbaz I Fəxri Xiyabanda – FOTO

7007

İyirmi gün əvvəl erməni girovluğundan azad olunmuş Dilqəm Əsgərov və Şahbaz Quliyev I Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, 6 il düşmən girovluğunda qalmış D.Əsgərov və Ş.Quliyev Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb.

Bununla yanaşı, onlar oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıb, məzarı üzərinə güllər düzüb.

Qeyd edək ki, əslən Kəlbəcər rayonunun Şaplar kəndindən olan Dilqəm Əsgərov 2014-cü ilin iyulunda valideynlərinin məzarlarını ziyarət etmək istəyərkən o zaman işğal altında olan doğulduğu torpaqda erməni hərbçilər tərəfindən girov götürülmüşdü. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO